"Evə gedirəm" portalına müraciət qaydası açıqlandı

  • 16.04.2020
  • 0

"Evə gedirəm" portalı bilavasitə Rusiyadan qayıdan şəxslərə şamil ediləcək".

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

H.Hacıyev qeyd edib ki, gəliş quru və ya hava yolu ilə mümkün olacaq: "Bu da vətəndaşların seçimi ilə əlaqəli olacaq. Onlayn sistem olduğundan şəffaflıq yüksək səviyyədə təmin ediləcək. Portal fəaliyyətə başladıqdan 5 gün sonra qeydiyyat prosesi başlanacaq və müraciətlər emal ediləcək".

Nə düşünürsən?