Piyadanın dəhşətli qəzada ölümdən qurtulma görüntüləri

  • 05.04.2020
  • 0

Rusiyanın Kaluqa vilayətində, 29 mart şənbə günü qəzaya uğrayan bir avtomobil səkiyə çıxaraq piyadanı vurub. 

YPX.AZ xəbər verir ki, hadisə Lenin və Barrikad küçələrinin kəsişməsində baş verib. Qəza Təhlükəsiz Şəhər kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə Lenin prospekti boyunca hərəkət edən “Opel” ilə “Nissan” markalı avtomobillərin toqquşduğu əks olunub. Bundan sonra “Opel”in sürücüsü idarəetməni itirərək səkiyə tərəf yönəlib və səkidə dayanan bir qadını vurub. 

Xoşbəxtlikdən qadına elə də böyük zərər dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?