“Biz bu yolların Qoçularıyıq!” - Düşüncəsində olan sürücülər

  • 04.04.2020
  • 0

Nərimanov rayonunda yolu bağlayan sürücü, digər nəqliyyat vasitəsi sürücülərini qayda pozmağa məcbur edib. YPX.AZ xəbər verir ki, Fətəli Xan Xoyski küçəsi, üzü Ağa Neymətulla küçəsi istiqamətində 90 KC 530 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin qəza işıq siqnallarını qoşaraq yolun ortasında saxlayıb. Bununla həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini tam məhdudlaşdıran sürücü, digər sürücülərdən qoşa xəttin yəni 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks yolla hərəkətlərini davam etdirmələrini tələb edib. Həmin kəsişmə və kəsişmənin bir neçə metrliyində, hadisənin baş verdiyi yerdə çəkiliş aparan YPX.AZ komandasının əldə etdiyi görüntülərdən aydın olur ki, sürücünün tələbi ilə hansısa sürücü qayda pozmuş olsaydı kəsişmədə olan Təhlükəsiz Şəhər kameraları tərəfindən müəyyən edilən həmin sürücülərə 1.3 nişanlanma xəttinin tələbini pozduqları üçün müvafiq qanuna görə 4 cərimə balı və 100 manat cərimə yazıla bilərdi. Ölkə yollarında belə özbaşınalıq edən sürücülər var və bu sürücülər istədikləri yerdə avtomobil saxlayır, istədikləri sürücüyə qarşı hörmətsizlik edərək hərbə-zorbalıq edirlər. Təbii ki, Azərbaycan Respublikasının yolları qanunlarla nizamlanır və hər bir sürücü birmənalı olaraq bu qanunlara riayət etməlidirlər.

Nə düşünürsən?