Sürücü təcili yardım maşınının yolunu kəsdi

  • 03.04.2020
  • 0

Sürücü idarə etdiyi nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq təcili tibbi yardım maşını da daxil olmaqla digər nəqliyyat vasitələrinin yolunu kəsib.

YPX.AZ xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında bir sürücü 9idarə etdiyi 90 DK 696 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilini yolun sol kənar hərəkət zolağında, svetofora bir qədər qalmış saxlamaqla, həmin yolda hərəkətdə olan təcili tibbi yardım maşını da daxil olmaqla nəqliyyat vasitələrinin yolunu kəsib.

Qeyd edək ki, görüntüləri sosial şəbəkədə paylaşan şəxs, həmin sürücünün yolun ortasında dayanaraq telefonla məşğul olmasını iddia edib.

Görüntülər hərəkət iştirakçılarından birinin avtomobilindəki video qeydiyyatçı vasitəsi ilə qeydə alınıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?