Xüsusi karantin rejiminin gücləndirilməsi tədbirləri

  • 30.03.2020
  • 0

YPX.AZ xəbər verir ki, xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların qüvvələri cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gündən xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər. Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.

Nə düşünürsən?