Ucar və Bərdədə qətl hadisələri törədilib

  • 26.03.2020
  • 19 baxış
  • 0

Ucarda su üstündə qonşusunu öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ucar rayonunun Yuxarı Şilyan kəndində baş verib.

60 yaşlı Mövlan Mustafayevlə qonşusu, 62 yaşlı Qəzənfər Musayev arasında mübahisə yaranıb və qanla bitib. Mövlan Mustafayev Qəzənfər Musayevə bel ilə bədən-baş nahiyyəsindən zərbələr endirib. Nəticədə Qəzənfər Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Bərdədə isə kişi həyat yoldaşını qətlə yetirib. Hadisə bu gün uşaq xəstəxanasının həyətində baş verib. Rayonun Cəyirli kənd sakini İsmət Zamanov həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. İsmət Zamanov hadisəni törətdikdən sonra rayon polis şöbəsinə könüllü təslim olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?