Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu

  • 26.03.2020
  • 0

Sumqayıt sakinləri Balakəndə narkotiklə tutulub.

APA TV-nin yerli bürosunun məlumatına görə, Balakən Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılıb. 

Bu zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.
Şəxsi axtarış zamanı Fuad Quliyevdən 230 qrama yaxın marixuana, Zaur Əlizadədən siqaret qutusunda psixotrop maddə olan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Şahin Səfərova məxsus “Opel” markalı avtomobildən də metamfetamin və qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Nə düşünürsən?