Kamran Əliyev: Həm inzibati həm də cinayət məsuliyyəti daşıyırlar

  • 25.03.2020
  • 0

Ölkədəki karantin rejiminin qadağaları daha da genişləndirildi və vaxtı aprel ayının 20-sinə kimi uzadıldı. Əvvəl paytaxt Bakı, Sumqayıt şəhəri və abşeron rayonuna giriş-çıxışda məhdudiyyət var idisə indi vətəndaşlar ancaq qeydiyyatda olduqları şəhər və rayonlara gedə bilərlər. 

YPX.AZ komandası ötən günlərdə Bakı-Salyan yolunun 65-ci kilometrliyində olan yoxlama-buraxılma məntəqəsində olmuşdu, dünən isə Bakı-Quba yolunun 45-ci kilometrliyində qurulan yoxlama-buraxılma məntəqəsinə gedərək çəkiliş aparıblar. Bu məntəqədə nəqliyyat vasitələrinin axını daha az müşahidə olunsada polis inspektorları güclü iş rejimində işləyərək məntəqədə yoxlama işlərini aparırlar. Təbii ki, aparılan yoxlama zamanı hərəkət iştirakçıların qurulan yoxlama-buraxılma məntəqəsindən keçməyə cəhd göstərməsi halları da olub.

Xidmət aparan polis inspektorları hərəkət iştirakçılarının qeydiyyat ünvanlarını bir-bir yoxlayıb keçməli olan vətəndaşları buraxıb, keçməsi qadağan edilmış vətandaşlara isə geri qayıtmalı olduqlarını bildiriblər. Ailə üzvlərindən biri getdikləri bölgənin qeydiyyatında olub digəri isə başqa yerdə qeydiyyatda olan vətəndaşların vəziyyəti yerindəcə dəyərləndirilərək və araşdırıldıqdan sonra onlara qarşı xəbər verildiyi kimi güzəşt olunub. 

Yaşadığı yerdə qeydiyyatda olmayan vətəndaşlar isə aidiyyatı qurumun nümayəndəsi tərəfindən həqiqətən deyildiyi kimi olması müəyyən olunduqdan sonra keçməsinə icazə verilib.

Geri qaytarılan vətəndaşlar sərnişin statusunda olduqları zaman onlar nəqliyyat vasitəsi ilə təmin edildikdən sonra getdikləri ünvana yola salınıblar.
Yoxlama-buraxılma məntəqələri və karantinlə bağlı YPX.AZ-a açıqlama verən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki:

“Sözsüz ki, karantin rejimi ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədi ilə həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşı da bu qaydalara əməl etməlidir. Bu qaydaları pozanlar bilməlidir ki, həm inzibati həm də cinayət məsuliyyəti daşıyırlar.”

Biz bir daha hər bir Azərbaycan vətəndaşını səbrli, məsuliyyətli olmağa və qanunlara əməl etməyə çağırırıq. Bu çətin günlərin öhdəsindən birlikdə gələcəyik! Evdə qalın sağlam qalın!
 

Nə düşünürsən?