Dərslər barədə yayılan məlumatlarla bağlı açıqlama

  • 18.03.2020
  • 0

Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib. Səyyar Tv xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb: "Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək". ___________________________________________________________________________ ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)

Nə düşünürsən?