Pula toxunmaqla koronavirusa yoluxma ehtimalı varmı?

  • 06.03.2020
  • 0

Son günlərdə dünya gündəmini zəbt edən koronovirusinsanlarınsağlamlığını qorumaq üçün proflaktik vəgigiyenik qaydalara daha ciddi riayyət etməs, məsələsini gündəmə gətirir. Lakin bəzi hallarda dezinfeksiya imkanları məhduddur. Kağız pullar, nəğd alış veriş istənilən virusun yoluxma ehtimalını artırır. Əməkdaşlarımız koronovirusun əskinaslarla ötürülüb ötürülməməsi barədə süjet hazırlayıb.

"Pul əl çirkidir" deyə boşuna deməyiblər. Gün ərzində istifadə elədiyimiz əsas əşyaları mikrobdan qorumaq üçün onları müxtəlif vasitələrlə dezinfeksiya edə bilirik amma bu pullar üçün keçərli deyil. Bəs görəsən koronovirus necə? Bizə əlimizdən düşməyən əskinaslar vasitəsilə yoluxa bilərmi?

Bütün hallarda ən cüzi ehtimalı belə nəzərdə saxlamaq lazımdır ki, mövcud vəziyyətdən virusa yoluxmadan çıxmaq mümkün olsun. Ekspertlərin fikrincə bunun da çarəsi nəğd ödənişlərdən imtina eləməkdir.

Qeyd edək ki, mövzu ilə bağlı bir neçə gün əvvəl Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev mətbuata açıqlamasında deyib ki, hazırda tədavüldə olan milli pul nişanları nominalından və dövretmə tezliyindən asılı olaraq, orta hesabla ildə iki dəfə Mərkəzi Banka mədaxil olunur. Tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılaraq Dövlət Komissiyası tərəfindən məhv olunur. Tədavülə isə yalnız yararlı və təmizlənmiş pul nişanları buraxılır. O, həmçinin əlavə edib ki, yararlı kimi emal olunmuş pul nişanları yenidən dövriyyəyə buraxılana qədər Mərkəzi Bankın xəzinələrində saxlanılır. Bankın xəzinə saxlancları isə müvafiq xidmət müəssisələri tərəfindən vaxtaşırı dezinfeksiya olunur.

Nə düşünürsən?