Bakıda yüksək sürət qəzaya səbəb oldu

  • 28.02.2020
  • 0

Bakı küçələrində yüksək sürətlə avtomobil idarə edən sürücü qəza törədib.


YPX.AZ xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsində baş verib. 

 

Belə ki, həmin küçədə yüksək sürətlə hərəkət edən “VAZ 2115” markalı avtomobil anidən yol kənarında park edilmiş “Hyundai” markalı avtomobili anidən görür. Lakin yüksək sürətlə hərəkətdə olduğu üçün tormozlanma etsə də qəzadan yayına bilməyib.

 

Baş verən qəza həmin istiqamətdə hərəkət edən digər avtomobildən video qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?