“Kamikadze” motosiklet sürücüsü şəhəri bir-birinə qatır

  • 25.02.2020
  • 0

Bakıda motosiklet sürücüsü xuliqanlıq edir, qaydaları pozur, özünün və ətrafdakıların canını təhlükəyə atır.

 

YPX.AZ xəbər verir ki, motosikletli gənc motosikleti idarə edərkən zolaqlar üzrə hərəkət etmir, nəqliyyat vasitələri ilə ara məsafəsi saxlamır, qırmızı işıqdan keçir, motosikletini piyadaların üzərinə sürür. Bütün bunları edərkən əyləndiyi videodan açıqca görünür və özü də daxil olmaqla ətrafdakı piyadalara, sürücülərə təhlükə yaradır.

 

Çox təəssüf ki, əlimizdə olan görüntülərdən sürücünün kimliyini müəyyən etmək olmur. 

 

Ümid edirik ki, hüquq mühafizə orqanları “Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə gəncin kimliyini müəyyən edəcək və lazımı tədbirləri görəcəklər.

 

“Kamikadze” motosikletçinin təhlükə saçdığı həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?