“Mədəni” şəkildə qayda pozan sürücü

  • 25.02.2020
  • 0

Qoşa xəttin tələbini pozaraq əks yola çıxmaq istəyən sürücü ədəb-ərkənla yol da istədi.

YPX.AZ xəbər verir ki, General Əliağa Şıxlinski küçəsi ilə hərəkətdə olan 10 UR 620 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xətin tələbini pozaraq əks yola çıxmaq üçün qarşıdan gələn nəqliyyat vasitələrini sıxıb və uzaq vuran işıqların köməyi ilə onlardan yol istəyərək əks hərəkət zolağına çıxıb. Sürücü bu əməli edərkən dönmə işıq göstəricisindən istifadə etməyi də unutmayıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?