Bakıda səkini “parkovka”ya çevirib pul yığırlar

  • 23.02.2020
  • 0

Bakı küçələrinin birində səkini zəbt edərək dayanacaq kimi istifadə edir, sürücülərdən pul yığırlar.

YPX.AZ xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan bir görüntüdən səkinin zəbt edilərək avtomobillərin park edildiyi görünür. Videoda həmin yerə nəzarət edən şəxs və ya şəxslərə məxsus “məkanı” da görmək mümkündür.

Qeyd edək ki, parklanma yerləri Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir və ötən ay agentlik dayanma durmanın qadağan edilmədiyi istənilən yerdə parklanmanın ödənişsiz olduğunu elan etmişdi.

Nəzərə alsaq ki, həmin zəbt edilən yer səkidir, demək ki, parklanmanın ödənişsiz olmasından başqa həmin yerdə avtomobil parklamaq qanunla qadağandır.

Ümid edirik ki, bu əməli törədənlərlə bağlı aidiyyatı qurumlar lazımı tədbirləri görəcəklər.

Nə düşünürsən?