YPX dairəyə 4 dəqiqədə niyə 5 dəfə daxil olur?

  • 22.02.2020
  • 0

Bir nəçə həftə bundan öncə “Sədərək” dairəsində YPX inspektorunun bir neçə dəfə dairə üzrə hərəkət edərək sürücülərə “tələ qurması” iddiası ölkə gündəminə oturmuşdu. Sonda Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) açıqlama gəlmiş və məsələ öz həllini tapmışdı.

YPX.AZ xəbər verir ki, bu gün isə sosial şəbəkələrdə başqa bir YPX inspektorunun fərqli ərazidə dairə üzrə bir neçə dəfə hərəkət edərək sürücülərə “tələ qurulduğunun” iddia edildiyi  video yayılıb.

Belə ki, videodan dəqiq görünməsədə hadisəni video qeydə alan sürücünün sözlərinə görə YPX inspektoru 99 YP 363 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Yusif Vəzir Çəmənzəminli küçəsi və Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən dairəyə ard-arda beş dəfə daxil olaraq dairə üzrə hərəkət edir. 

“YPX bu əməli ilə sürücülərə tələ qurur” iddiası ortaya atılır. İddia edildiyi kimi olmasa belə YPX inspektorunun üç-dörd dəqiqəlik bir zaman dilimində dairəyə beş dəfə daxil olması izləyicilərdə suallar yaradır: Niyə? Hansı səbəbdən? Məqsəd nədir?

Nə düşünürsən?