"Atamı içəri qoysunlar" deyən "Avtoş"un görüntüləri

  • 20.02.2020
  • 0

Son günlərdə avtoxuliqanlıqla bağlı bir çox xəbərlər yayılır, gənclərimiz avtoxuliqan adı ilə saxlanılır, cərmələnir, həbs edilirlər. Bu mövzu ilə əlaqəli biz də bir çox xəbərlər hazırlayaraq avtoxuliqanlığa qarşı tədbirlər görülməsində töhfəmiz olsun istədik və belə də oldu. Xəzər rayonu ərazisində uşqaları məktəbə aparılması ilə məşğul olan “Mercedes” markalı mikroavtobus rayonun polis əməkdaşları tərəfindən saxlanıldı və cərimələndi. Bu kimi halların gənclərimizə örnək olmasını və belə əməllərdən yayınmalarını istədik.


Çox təəssüf ki, gənclərimiz hüquq mühafizə orqanlarının və bizim səylərimizi yanlış anlayıblar. Onlar bu yol ilə tanınacaqlarını, öz “ətraflarında” ad qazanacaqlarını hesab edərək bizim istər sosial şəbəkə hesablarımıza, istərsə də “Qaynar xətt”imizə özünün və ya başqalarının olduğunu iddia etdikləri görüntülərini göndərərək sujet hazırlamağımızı istəyir, bu yol ilə “reklam” olunacaqlarını düşünürlər.


Əvvala qeyd edək ki, YPX.AZ komandasının hüquq mühafizə orqanlarına etimadı tamdır və hazırladığımız sujetlərin araşdırıldığına əminik. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına bu diqqətləri və ciddi yanaşmalırına görə təşəkkür edir, minnətdarlığımızı bildiririk.


İndi isə gəncimizin bizə ünvanladığı müraciətini və etdiyi qanuna zidd əməlləri sizlərə təqdim edirik.


Hüseyn Quluzadə adlı gənc 90 ES 245 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarə edir. Bizə dediyinə görə avtomubil öz adına deyil və sürücülük vəsiqəsi olmadan sükan arxasına oturur. Bu yalan da ola bilər ancaq avtomobili idarə edərkən yol hərəkəti qaydalarına əməl etmədiyi və idarə etdiyi avtomobildə istismar qaydalarının pozulduğu dəqiq məlumatdır. Avtomobilin üzərindən bəzi hallarda dövlət qeydiyyat nişanını çıxarır, sayrışan işıqlarda istifadə edərək avtomobil idarə edir və bər-bəzəkli görüntülər əldə edərək sosial şəbəkə hesabında paylaşır. Bu sadaladığımız hallar istər bizə göndərdiyi, istərsə də sosial şəbəkə hesabında paylaşdığı video görüntülərdən açıqca görünür.

 

Sözügedən şəxsin bizə ünvanladığı mesajları olduğu kimi sizlərə təqdim edirik:


Gördüyünüz kimi gənc “sürücü” normal düşüncə sahibi deyil və bu düşüncədə olan birisi sükan arxasında oturur. Hərəkətlərindən cəmiyyətə qarşı nümaişkaranə hörmətsizlik olan gənc avtomobil idarə edərkən də digər hərəkət iştirakçılarına və piyadalara təhlükə yaradır.


Gənclərimizin belə qısıtlı düşüncəyə sahib olması və əməllərindən öyünərək özlərindən başqa heç kimi düşünmədiklərinin bariz göründüyü davranışları bizdə təəssüf hissi yaradır. Hüquq mühafizə orqanları ilə yanaşı bizlər də gənclərimizin bu düşüncələrinə qarşı mübarizə aparmalı, onların bu əməllərindən yayınmaları üçün fəaliyyətlər göstərməliyik.


 

Nə düşünürsən?