Sürücülərin belə qayda pozuntuları tıxaca səbəb olur

  • 20.02.2020
  • 0

Bakıda tıxacın yaranma səbəblərindən biri də sürücülərin öz zolaqları ilə hərəkət etməməsi, qaydaları pozması və qanunla qadağan olan yerlərdə dönmə əməliyyatı edərək digər hərəkət iştirakçılarının yolunu kəsməsidir.

YPX.AZ xəbər verir ki, Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən sürücü Əli Mustafayev küçəsinə doğru uzanan tunelə daxil olarkən 90 SS 852 dövlət qeydiyyat nişanlı “Mercedes” və 90 PL 816 dövlət qeydiyyat nişanlı “Ravon” markalı avtomobillər tunelə qadağan edilmiş yerdən daxil olmaq istəyərək digər avtomobillərin hərəkətinə çətinlik yaradıblar.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsünə videonu qeydə alan sürücüsü yol vermədiyi üçün digər sürücü qəzəblənib. Qəzəblənən sürücü tunelə daxil olduqdan sunra ona yol verməyən sürücüyə uzaq vuran işıqlar ilə işıq siqnalı verərək öz etirazını bildirməyə çalışıb.

Bu isə belə kobud qayda pozan sürücülərin öz əməllərini haqlı bilib qarşı tərəfi günahlandırdığı ilk hall deyil.

Nə düşünürsən?