Ard arda qayda pozan sürücü piyadanı da vuracaqdı

  • 18.02.2020
  • 0

Bakıda ard arda qayda pozan sürücü piyada keçidindən istifadə edən piyadanı vurmaqdan son anda yayınıb. 

 

YPX.AZ xəbər verir ki, Sabunçu rayonu Səmədbəy Mehmandarov küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil sixlıq olan yolda ara məsafəsi saxlamadan, dönmə işıq göstəricisindən istifadə etmədən zolaq dəyişir və digər hərəkət iştırakçılarını onların sağından ötmə əməliyyatı edərək keçir. Bu zaman yolun piyada keçidi olan hissəsindən diqqətsizcə keçir və həmin an piyada keçidindən istifadə edən piyadanı görmür və ya görmək istəmir.

 

Piyada avtomobilin onu vurmasından son anda yayınsa da sürücü buna məhəl qoymadan yoluna davam edir.

 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?