Dövlət qurumu prospektdə iki qəzanın səbəbkarı oldu

  • 17.02.2020
  • 0

Bakıda işıq dirəklərinin təmizliyi ilə məşğul olan dövlət qurumu prospektdə eyni anda iki qəzanın baş verməsinə səbəb oldu.

 

YPX.AZ xəbər verir ki, dünən axşam saatlarında Heydər Əliyev prospekti, üzü Koroğlu m/st istiqamətində “Ask Arena”nın qarşısında işıq dirəklərinin təmizliyi ilə məşğul olan dövlət qurumuna məxsus avtomobil xüsi qaydalara əməl etmədiyi üçün eyni ərazidə iki fərqli qəzanın baş verməsinə səbəb olub. 

 

Belə ki, quruma məxsus yük avtomobili sürət həddi 90 km/saat olan yolun sol kənar hissəsində müəyyən zaman aralıqları ilə dayanaraq işıq dirəklərinin təmizliyi ilə məşğul olan zaman 99 BC 686 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil onun dayandığını son anda görür və sağ zolağa manevr etmək imkanı olmadığı üçün ani tormozlanma edir. Bu zaman başqa bir nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobil ilə arxadan toqquşur və daha sonra hadisə yerindən yayınır.

 

Bir neçə dəqiqə sonra isə həmin ərazidə 90 KX 960 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil qarşıda quruma məxsus yük avtomobilini və qəza törətmiş “Mercedes” markalı avtomobili görərək o da ani tormozlanma etmək məcburiyyətində qalır, bu zaman isə 99 XN 656 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobil  “Hyundai” markalı avtomobilə çırpılır.

 

Hadisə nəticəsində üç avtomobilə ziyan dəyib, xəsarət alan yoxdur. Əraziyə YPX əməkdaşları cəlb edilib.

Qeyd edək ki, dövlət qurumuna məxsus yük avtomobili və qurum əməkdaşları bir nəfərin rəhbərliyi ilə hadisə yerindən bir neçə yüz metr irəlidə yenə də xüsusi xəbərdar edici nişanlar olmadan təmizlik işlərini görməyə davam ediblər.

Nə düşünürsən?