Nadir rast gəlinən Avtomat "KAROBKA" "VAZ 2103" modeli

  • 13.02.2020
  • 0

Heç kimə sirr deyil ki, Sovet İttifaqı dönəmində “VAZ” avtomobilləri xüsusi şöhrət və hörmətə malik idilər. Səbəb nə idi?

 

YPX.AZ xəbər verir ki, Sovet dövründə bir çox marka avtomobillər istehsal edilirdi ancaq bu barədə düşünəndə, “Zaporojets” çox sadə, “Moskvich” daha köntöy, “Volqa” isə olduqca baha idi, ancaq “VAZ” orta təbəqə üçün ideal avtomobil hesab edilirdi.


Əlbətdə ki, o dövrdə maşın almaq asan deyildi amma yenə də alınırdı. Sovet klassikləri arasında avtomat sürətlər qutusuna sahib olan avtomobillər var idi və bu tətbiq, sürücü üçün rahatlığı artırmaq məqsədi ilə düşünülmüşdü. “VAZ” 2101/ 2103/ 2105 və digər modellər avtomat sürətlər qutusu sistemiylə istehsal edilirdi ki, bu da çox qeyri-adi və o illər üçün inqilabi yenilik hesab olunurdu.

 

Bu avtomobillər üçün avtomat sürətlər qutusu Avropa ölkələrindən sifarişlə gətirilirdi. Həmin avtomat sürətlər qutusuna sahib avtomobillərdən biri də əfsanəvi “VAZ-2103” modelidir.


Onun ixrac adı “Lada 1500S Avtomat” adlanırdı. Bu avtomobil 64 at gücünə və 1300 sm3 mühərrikə sahib idi. Bu avtomat sürətlər qutusu TH180 adlanırdı və üç mərhələli idi. General Motors fabrikində istehsal edilirdi. TH180 sürətlər qutusu Amerika və Avropada olduqca populyar idi. Və bu sürətlər qutusu arxa çəkən avtomobillərdə quraşdırılırdı.

 

Avtomat sürətlər qutusu olan orjinal sovet maşınlarını tapmaq isə indi çox çətindir.

Nə düşünürsən?