Qanunsuz fəaliyyət göstərən avtovağzallara xəbərdarlıq

  • 12.02.2020
  • 0

Qanunsuz fəaliyyət göstərən avtovağzal rəhbərlərinə sərt xəbərdarlıq edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev deyib.

O bildirib ki, rayonlarda fəaliyyət göstərən bəzi avtovağzallar qanunsuz işləyir. Onun sözlərinə görə, həmin avtovağzalları işlədən şəxslər avtovağzallarla bağlı əsasnamənin tələblərini kobud şəkildə pozurlar.

Rəis müavini qeyd edib ki, ölkə ərazisində ümumilikdə 56 avtovağzal var. Onlardan 16-sı pasportlaşma işlərini həyata keçirmədiyi üçün fəaliyyətləri qanunsuz hesab edilir.

Qeyd edək ki, qanunsuz fəaliyyət göstərənlər Gəncə şəhəri ilə yanaşı, Naftalan, Astara, Yevlax və daha 12 rayonlarda olan avtovağzallardır.

İbrahim Əliyev deyib ki, qanunsuz hərəkətlərin qarşısı alınacaq və məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işçi qrupu yaradılıb və regionlara ezam ediliblər. Tələblərə cavab verməyən avtovağzallar barəsində tədbir görüləcək.

Bu arada, regionlardakı avtovağzalların onlayn bilet satışı məsələsini də özündə ehtiva edən bir sıra məsələlərlə bağlı Xidmət tərəfindən hökumətə təkliflər göndərilib.

Nə düşünürsən?