Həbs edilən “Avtoş”lar, dağda aşan "Niva"

  • 11.02.2020
  • 0

Son günlərdə hüquq mühafizə orqanları avtoxuliqanlığa qarşı mübarizəni gücləndiriblər. Bu yönümdə tədbirlər görülür “avtoş”lar saxlanılaraq inzibati məsuliyyətə cəlb edilirlər.

 

Biz də YPX.AZ olaraq bizə daxil olan bunun kimi materialları işıqlandırır, gəncləri bu ölümcül maraqlarından uzaqlaşmaları üçün mariflənməsi yönündə materiallar hazırlayırıq.

Bir çox oxucularımızdan müsbət rəylər alsaq da bəzi oxucularımız bu kimi paylaşımlar haqqında etiraz yönümlü rəylər bildirirlər:


“Bacarır sürür”, “kiməsə ziyanı yoxdur”, “təcrübəsi var, heç nə olmaz”, “insanların az olduğu yerdir” “gecə sürmək olar, yollar boşdur”, “dağlıq yerdir, şəhərdən kənardır”, “etmişəmsə də cəriməmi ödəmişəm” və s..


Qanunu bilmək, avtomobil idarə etməyi yaxşı bacarmaq və ya cəriməni ödəmək sizi qəzalardan sığortalamır.


Siz avtomobil idarə edirsiniz,hər an hansısa bir texniki problem yaşanması ehtimalı qaçınılmazdır. Bu istər sizin, istərsə də başqalarının canına ziyan vura bilər.


Bu gün DİN, Xızı rayonunda üç avtoxuliqanın saxlanılması ilə bağlı məlumat yaydı. Qarlı, buzlu, dağlıq ərazidən keçən bir yolda “Niva” markalı avtomobillərlə avtoxuliqanlıq edərək əyləndiklərini düşün gənclər həbs ediliblər.


Məsələnin ən pis tərəfi də bu əməllərini video qeydə alıb,müxtəlif musiqilərlə bəzəyərək sosial şəbəkələrdə paylaşmalarıdır. Gənclərimiz isə bu kimi videoları görür, həvəslənir, örnək götürürlər.


Xızıda həbs edilən gənclərin etdiyinin eynisini isə Dağıstanda iki gənc edib ancaq sonu yaxşı bitməyib.


Belə ki, Dağıstanda dağlıq bir yerdə gənclər “Niva” markalı avtomobil ilə “DRİFT” edib əyləniblər. Dönüş yolunda isə idarəetməni itirən sürücü avtomobilin aşmasının qarşısını ala bilməyib. Uçurumun kənarında baş verən bu hadisənin fəsadları tam başqa da ola bilərdi.


YPX.AZ olaraq avtoxuliqanlığa qarşı aparılan mübarizəni sonuna qədər dəstəkləyirik. Hər kəs qanunlara birmənalı olaraq riayət etməlidir. Etməyənlər isə ən ağır şəkildə cəzalandırılmalıdır.

Nə düşünürsən?