Yıxılan qadını BNA əməkdaşları xəstəxanaya belə çatdırdı

  • 11.02.2020
  • 0

Dünən gecə 21:00 radələrində Müzəffər Həsənov küçəsində ( Azərsu ASC-nin inzibati binasının yaxınlığında) bir nəfər xanım səkidə yıxılaraq ayağından ilkin ehtiamala görə sınıq xəsarəti alıb.

 

YPX.AZ xəbər verir ki, ərazidə xidmətdə olan Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal ətrafdakı insanlarla birgə xanıma zəruri köməklik göstərib. Əməkdaşlar xidməti avtomobillə xanımı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırıb.

 

 

Nə düşünürsən?