Avtomobili sürətlə idarə edən sürücü qəza törətdi

  • 10.02.2020
  • 0

Bakıda baş verən ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

YPX.AZ xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. 

Bakının Nobel prospekti ilə yüksək sürətlə hərəkət edən 90 OK 221 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, digər avtomobilə çırpılıb. 

Hadisə həmin yolla hərəkətdə olan hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. 

Sözügedən görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?