Biləcəridə ağır qəza: Avtobus yük maşınına çırpıldı

  • 25.01.2020
  • 0

Biləcəri qəsəbisində zəncirvari ağır yol nəqliyyat hadisəsi baş verib.


Qaynar xəttimizə daxil olan məlumata görə, bu gün Biləcəri qəsəbəsində 83 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 RA 236 dövlət qeydiyyat nişanlı avtobus yolun kənarında dayanmış 99 ZC 759 dövlət qeydiyyat nişanlı ağır tonlu yük maşınına çırpılmışdır. Çırpılma nəticəsində isə yük maşını qarşısında dayanmış “Hyundai” markalı mikroavtobusa dəyib. 


Hadisə zamanı xəsarət alanların olub olmaması haqqında heç bir məlumat yoxdur.


Qeyd edək ki, hadisə yerinə Post-patrul və Təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?