Avtobusda dəhşət: Sürücünü sükan arxasında yumruqladı

  • 25.01.2020
  • 0

Yanvarın 23-də günorta saatlarında gediş-haqqı üçün jetonu olmadan “Bahçelievler” məhəlləsinin İpəkli bölgəsindən gələn avtobusa minən sərnişin A.Ş (şərti ad) ilə sürücü İlhan Aybul arasında mübahisə yaranıb.  

YPX.AZ xəbər verir ki, avtobus hərəkətdə olarkən sürücü ilə sərnişin arasındakı mübahisə əlbəyaxa döyüşə çevrilib. Digər sərnişinlərin ayırmaq istədikləri döyüş zamanı idarəetmədən çıxan avtobus yolun kənarındakı dirəyə çırpılıb və dayanıb.

Üzünə aldığı zərbələrdən yaralanan İlhan Aybul xəstəxanaya aparılaraq müalicə altına alınıb. Aybulun şikayəti ilə polis bölməsinə aparılan A.Ş izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Digər tərəfdən, döyüş anı, qəza və sərnişinlərin qorxusu avtobusdakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə sürücü ilə sərnişin arasındakı mübahisənin döyüşə çevrildiyini və avtobusun sərnişinlərin müdaxilə edərkən və yol kənarındakı dirəyə çırpıldığını görmək olur.

Nə düşünürsən?