Evakuatorun dəhşət saçan qəzasının görüntüləri

  • 23.01.2020
  • 0

Türkiyənin İzmit bölgəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə YPX.AZ yerli KİV-ə istinadən xəbər verir. Belə ki, hərəkətdə olan zaman əyləc sistemində problem yaranan evakuator əvvəlcə yan zolaqda olan avtomobilə çırpılıb, daha sonra isə aşaraq yolda sürüşməyə başlayıb. Bu zaman svetoforun qırmızı işığında dayanan avtomobillərə çırpılaraq dayanıb. Qeyd edək ki, hadisə zamanı dörd avtomobilə ciddi zayan dəyib, biri ağır olmaqla üç nəfər xəsarət alıb. Hadisə zamanı piyada zolağından keçən piyada isə qaçaraq təhlükədən son anda xilas ola bilib. Qəzanın baş vermə anlarını və sonrakı hadisələri əks etdirən görüntüləri sizə təqdim edirik:

Nə düşünürsən?