Avtomobil yoldan çıxaraq TŞ dirəyini aşırdı

  • 21.01.2020
  • 0

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib. Belə ki prospekt ilə üzü şəhər istiqamətində hərəkətdə olan 50 DG 114 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarə etməni itirərək onunla eyni istiqamətdə hərəkətdə olan 90 NA 653 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobil ilə toqquşub. Toqquşmadan sonra idarə etməni ələ ala bilməyən sürücü yolun hərəkət hissəsindən çıxaraq təhlükəsiz şəhər kamerasının dirəyinə çırpılıb. Çırpılma nəticəsində şəhər kamerasının olduğu dirək aşaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasa da, “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?