YPX-nin 11-ci tağımı Masallıda anım tədbir keçirib

  • 20.01.2020
  • 0

YPX.AZ xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları başda komandir Hikmət Qafarov olmaqla Masallıda 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirib.

Tarixçilərin və ziyalıların iştirakı ilə keçirilən görüşdə tağım komandiri, polis mayoru Hikmət Qafarov 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat verərək, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayətin bəşəriyyətə, humanizmə,insanlığa qarşı həyata keçirilimiş dəhşətli terror aktı olması, ulu öndərimiz Heydər Əliyevin o vaxtlar Azərbaycanın Moskovadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsi, ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verməsi barədə geniş danışdı. Bildirildi ki 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu şərəfli tarix daim qəlbimizdə yaşayacaqdır. Daha sonra tağımın əməkdaşları Masallı şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər güllər düzüblər.

Nə düşünürsən?