Yol polisi təcili yardıma kömək etdi - Həkim YPX-dən danışdı

  • 19.01.2020
  • 0

Dünən Bakıda daha bir Yol Patrul Xidməti əməkdaşları nümunəvi addımları ilə fərqləniblər. Belə ki, Şahdağ turizm kompleksində xəsarət alan xəstə üçün təcili tibbi yardım çağırılıb. İlkin müayinə edildikdən sonra həkimlər onun Bakıya təxliyəsini məqsədə uyğun hesab ediblər. Lakin 18:30 radələrində Bakıya çatan təcili tibbi yardım avtomobili tıxacda çətin vəziyyətə düşüb. Tbilisi prospektində xidmətaparan YPX əməkdaşlarını görən təcili tibbi yardım əməkdaşları onlara kömək edilməsini xahiş ediblər. Və YPX əməkdaşı xidmət etdiyi postu məruzə edərək tərk edib və xəstənin vaxtında xəstəxanaya çatdırılmasına köməklik göstərib. Hadisəni video qeydə alan təcili tibbi yardım əməkdaşları “Qaynar xətt”imizə göndərlər. Oxucumuz bizə müraciət edərək, həmin 99 YP 453 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə olan YPX əməkdaşlarına təşəkkürünü bildirib və bunun ictimailəşdirilməsini xahiş edib. Oxucumuzun bizə göndəridiyi səs yazısını olduğu kimi sizlərə təqdim edirik:

Nə düşünürsən?