Vaqif Əsədov: “Mən öz funksional vəzifəmi bu gün də icra edirəm”

  • 13.01.2020
  • 0

Son günlərdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişiklikləri ilə bağlı xəbərlər verilir. Ancaq, KİV-nin bir çoxu əsassız xəbərlər yayımlayır, insanlara doğruları əks etdirməyən məlumatlar verirlər. Dünən gecə saatlarından isə BŞDYPİ-nin şöbə rəisi, polkovnik Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı xəbərlər bəzi xəbər agentlikləri tərəfində son dəqiqə xəbəri kimi yayımlandı, ancaq ortada rəsmi olaraq təsdiqini tapan heç bir məlumat yox idi. Gün ərzində bu əsassız xəbərlərin davam etddiyini görüb YPX.AZ olaraq Vaqif Əsədovla əlaqə saxladıq. Şöbə rəisi açıqlamasında bildirdi ki: “Bu qərəzli xəbərlərin hardan və necə çıxdığını mən özüm də bilmirəm. Bu gün səhər saatlarında hava şəraitinin kəskin dəyişməsi, havanın yağışlı yağmurlu keçməsi ilə əlaqədər KİV-ə müsahibə verərək sürücülərə tövsiyyələr vermişəm. Həmçini bu gün YPX əməkdaşlarına verilən yeni formalarla bağlı tele-müsahibə də vermişəm.” Polkovnik onu da qeyd edib ki: “Mən polis polkovniki olaraq öz funksional vəzifəmi qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə bu gün də yerinə yetirirəm.”

Nə düşünürsən?