Üç tanışın nəşə alveri baş tutmadı: müştəri sürücünü, o isə baronu ələ verdi

  • 11.01.2020
  • 0

Xızıda narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olan şəxslər tutulub.

APA TV-yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis rayon sakini - 26 yaşlı Məmmədhüseyn Gülməmmədovu və ona narkotik gətirən taksi sürücüsü - Şabran rayon sakini, 43 yaşlı Vaci Taciyevi saxlayıb. 

Onlardan kibrit qutularında və kağız parçalarına bükülmüş qurudulmuş marixuana götürülüb: “Mənə “nəşə” lazım idi. Şabrandakı tanışım “Baba”ya zəng vurdum, təşkil edərəm dedi. Qiyməti də razılaşdıq. Sonra çoxdan tanıdığım taksi sürücüsü Vaciyə zəng vurdum ki, malı götürüb Giləziyə gəlsin. Bükümləri alanda polis bizi tutdu”.

 “Şabran rayonunda taksi fəaliyyəti ilə məşğulam. Xızıdan Məmmədhüseyn zəng vurdu, dedi ki, rayonda “Baba” deyilən oğlan var, bir büküm verəcək, onu götür gəl. Mən də Giləzidə görüşüb səndən götürəcəyəm, 25 manat da pul verəcəyəm. Polis işçiləri malı verəndə bizi yaxaladı”. 

Əməliyyatla Şabran rayon sakini - əvvəllər məhkum olunmuş “Baba” ləqəbli Balabəy Babayev saxlanılıb. O, şimal rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı cinayət işi başlanıb.

Nə düşünürsən?