Bakıdan Astaraya gedən şəxs evdən qızıl oğurlayıb

  • 09.01.2020
  • 0

Astarada mənzildən 15 minlik qızıl oğurlayan bakı sakini saxlanılıb.O, qızılların bir qismini satıb.Abşeronda isə oyun zalından avadanlıq oğurlanıb.oğurlanma anı kameraya düşüb.

Bakıdan Astaraya gedən şəxs evdən qızıl oğurlayıb.

Astara şəhər sakini Mirvari Mirzəyeva yaşadığı evdən qızına məxsus 15 min manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhəri Binəqədi rayon sakini,əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Abşeron rayonunda isə bir obyektə daxil olan naməlum şəxs oradan oğurluq edib. Hadisə isətəhlükəsizlik kamerasına düşüb.

Xırdalanşəhərindətəxminən yaşı 30-35 olannaməlum şəxs oyun zalına əvvəlcə müştəri kimidaxil olaraq qəlyan sifarişi verir. Daha sonra baş qarışdığını görənhəminşəxs fürsətdən istifadə edərək ,650 manat dəyərində olan oyun aparatını götürərək aradan çıxıb.

Fərid Rüstəmov deyir ki, artıq məsələ ilə hüquq mühafisə orqanlarına məlumat verilib. Fakatla bağlı araşdırma aparılır.

Nə düşünürsən?