Lukaşenko Tovuz sakininə məktub göndərdi

  • 31.12.2019
  • 0

Tanınmış müğənni Şəbnəm Tovuzludan xəbər var.

BiG.AZ xəbər verir ki, ifaçı Yeni İl fotosessiyası etdirib. Onun fotoları maraqla qarşılanıb.

REKLAM

Daha ətraflı

Sözügedən fotoları təqdim edirik:Belarus prezidenti Aleksandr Lukaşenko böyük vətən müharibəsi veteranı, belarusun müdafiəsi uğrunda döyüşən 95 yaşlı Tovuz sakini Rüstəm Eyvazova şəxsən təşəkkür məktubu ünvanlayıb və onu medalla təltif edib. Onun medalı rayonun ucqar dağ kəndi olan Çataq kəndində özünə təqdim edilib. Rüstəm Eyvazov da aleksandr lukaşenkoya cavab məktubu yazıb.

95 yaşlı Böyük Vətən müharibəsi veteranı Belarus uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə yenidən mükafatlandırılıb. Tovuz rayonunun ucqar dağ kəndi olan Çataq kənd sakini Rüstəm Eyvazovu Belarus Prezidenti Aleksandr Lukaşenko təşəkkür məktubu və qələbənin 75-ci ildönümü ilə əlaqədar tərtib olunan medalla təltif edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəhbərliyi medal və məktubu onun yaşadığı kənddə evində özünə təqdim ediblər.

Rüstəm Eyvazov Taqanroq atıcı diviziyasının tərkibində Ukrayna və Belarus uğrunda gedən döyüşlərdə şücaət göstərib. Onun almanlara vurduğu sarsıdıcı zərbə şəhər uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaradıb. Ayağından aldığı ağır xəsarətə baxmayaraq, yenidən döyüşlərə davam edib.

95 yaşlı veteran onu qələbənin ildönümündə unutmayan Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkür məktubu yazıb. Qələbənin ildönümündə keçiriləcək paradda iştirak etmək istəyini də məktubuna əlavə edib

Nə düşünürsən?