Sürücünün pozmadığı qayda qalmadı - ANBAAN GÖRÜNTÜLƏR

  • 19.12.2019
  • 0

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün görüntüsünü yayılıb. Avtosfer.az-a istinadən xəbər veririk ki, dekabrın 5-də paytaxtın Mikayıl Əliyev küçəsində hərəkətdə olan 50-DP-944 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü, təhlükəsizlik adacığına çıxaraq dairəyə daxil olan sürücünün qəfil qarşısına keçib. Bundan sonra o, lüzumsuz yerə zolaqları dəyişərək manevr qaydasını pozub. Sürücü daha sonra əks istiqamətə çıxaraq qarşıdakı növbəti dairəyə daxil olub və dairə boyunca hərəkət edərkən qəfil manevrlərlə digər sürücüləri çaşdırıb. Videodan aydın şəkildə görünür ki, sürücü qaydaları pozub təhlükəli hərəkət etməklə vaxt qazana bilməyib. Qaydanı pozmayan sürücü ilə eyni vaxtda hərəkət edir. Qəzalar da məhz bu cür tələskənliyə görə baş verir. Sürücülər harasa tələsir və qaydaları pozaraq qəza törədirlər. Qaydaları pozmayan sürücülər isə vaxtında mənzil başına rahat və təhlükəsiz çatırlar. Sözügedən görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?