Bakıda sürücü ayağını çıxarıb polisi vurmaq istədi

  • 19.12.2019
  • 0

Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb. BAKU.WS-in əldə etdiyi görüntülərdən göründüyü kimi, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb. Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb. Məlum olub ki, yük avtomobilinin sürücüsü əlildir. Qayda pozan və polisin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb. Nəzərinizə çatdıraq ki, yük avtomobilinin sürücülərinin bu tip özbaşınalığı ilk deyil. Bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozan yük avtomobili sürücülərinin görüntüləri paylaşılıb. Ümid edirik ki, bundan sonra onlar da nizam-intizamlı sürücülərdən olarlar.
 

Nə düşünürsən?