İçərişəhər İSESCO-nun irs siyahısında

  • 18.12.2019
  • 0

Qız Qalası və Şirvanşahlar Sarayı da siyahıya əlavə olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib.

"İçərişəhər" DTMQİ mətbuat xidmətinin rəhbəri Rahib Azəri bildirdi ki, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.

Qeyd edək ki, İSESCO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib.

Nə düşünürsən?