Tıxacda "oyun" çıxardan "NİVA"nın görüntülər

  • 16.12.2019
  • 0

Paytaxt Bakıda məsuliyyətsiz avtomobil sürücülərinin kobud qayda pozuntuları ilə tez-tez rastlaşırıq. Onlar arasında avtomobil idarə edərkən telefonla danışanını, siqaret çəkənini, əlini sükandan buraxaraq telefonda oyun oynayanını, hətta sükan arxasında narkotik vasitə istifadə edənini də görmüşük. Bu dəfə isə, bu özbaşınalıqlara yenisi əlavə olunub. Bu dəfə sürücü piyadaların yolu ilə hərəkət edərkən, videoya çəkiliş edib. Sürücüsün bu kobud qayda pozuntusunu qaynar xəttimizə göndəriblər. Belə ki, yolda tıxac olduğu üçün avtomobillərin hərəkətində sıxlıq yaranıb. Bu zaman avtomobil sürücüsü yolun sol hissəsindən piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq hərəkətini davam etdirib. Bildirək ki, Niva sürücüləri qayda pozuntularına dəfələrlə yol veriblər.
 

Nə düşünürsən?