Xələf Xələfov: “Gürcüstan sərhədində baş verən insident...”

  • 13.12.2019
  • 0

“Azərbaycan-Gürcüstan sərhədində qeydə alınan insident təxribat xarakterli deyil. Belə hadisələr müəyyən səhvlərin ucbatından baş verir”.

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib: "Bu cür hadisələr adətən sərhəd xidmətləri arasında görüşlər vasitəsilə həll olunur. Bu dövlətlərarası səviyyədə həll olunası məsələ deyil".

Xatırladaq ki, sözü gedən insident dekabrın 6-da baş verib. 

Gürcüstan ərazisindən bir çoban qoyun sürüsü və itləri ilə Azərbaycan ərazisinə keçib. Sürünü geri çəkməyə kömək edən sərhədçilərimizə qoyunları qoruyan itlər hücum edib. Sərhədçilər həyati təhlükə yarandığından atəş açmaq məcburiyyətində qalıb. Təhlükə aradan qalxdıqdan sonra sərhəd qoruyucuları çobanın yerdə - atının yanında uzandığını görüb, onun baş nahiyəsində sıyrıq aşkarlanıb. 

Kimliyi müəyyənləşdirilən çoban Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini, 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğludur.

Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Əsgər Xəlilov xoşagəlməz hadisənin baş verdiyi ərazidə sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX)və Hərbi Prokurorluq (HP) tərəfindən müvafiq araşdırma aparılır.

Nə düşünürsən?