Xətai rayonunda yerləşən binanin sakinləri evlərinə qeydiyyata düşə bilmirlər. Buna səbəb mənzillərin bu illər ərzində çıxarışla təmin olunmamasıdır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər 10 ilə yaxındır həmin binada yaşayırlar, amma bu günə qədər mənzillərə çıxarış verilməyib.
Gəncə prospekti 2980/81 ünvanının sakinləri illərdir ki, bu binada qalsalar da, evlərinə qeydiyyata düşə bilmirlər.
Sakinlərin sözlərinə görə, MTK sədri onlardan pul istəyir.
Məsələ ilə bağlı həmin MTK-nın sədri ilə telefon əlaqəsi saxladıq. O söz verdi ki, sabah həmin binanın həyətində sakinlərlə görüşəcək və problemi həll edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən bütün korporativ binaların hamısı çıxarışlarla təmin olunmalıdır.