Abşeronda 40 ailəyə mənzil verildi

  • 06.11.2019
  • 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 40 mənzil təqdim edilib.

Xezerxeber.az-ın məlumatına görə, mənzillərin təqdimetmə mərasimində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, şəhid ailələri, əlilliyi olan insanlar, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. O qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib.

Ümumilikdə isə, bu günə qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6 min 868 mənzil təqdim edilib.

Qeyd edək ki, təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, 2-si isə 20 Yanvar əlillərinə verilib.

Nə düşünürsən?