Xəstəxana heyvan otaran 11 yaşlı uşağın müalicəsindən imtina edib - Hüquq müdafiəçisi

  • 04.11.2019
  • 0

“Bir xanımın müraciəti ilə Ağdaş rayonu Məşəd kəndinə getdim. 11 yaşlı oğlanın adı Poladdır. Səfil şəraitdə yaşayan Polad xəstədir. Başının yaraları gündən günə artır. Qonşuların dediyinə görə, atalığı onu təhsildən yayındırıb, günü 7 manata heyvan otartdırıb ,balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də ordan başlayıb. Atalığı tərəfindən şiddət görür, dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib. Anası həkimə müraciət etdiyində "Mən cibimdən pul verib uşağını müalicə edəsi deyiləm ki?" cavabını alıb”. 

Cebhe.info xəbər verir ki, bunu hüquq müdafiəçisi Kəmalə Ağazadə deyib. 

Onun sözlərinə görə, uşaq çox ağır durumdadır, ac, səfil, xəstə, baxımsız vəziyyətdədir və şiddət görür: 

“Ağdaş rayon İcra Hakimiyyəti yanında aidiyyatı komissiya bu günədək onun durumunu nə görüb, nə qiymətləndirib, bir sözlə, görməzlikdən gəlmə modundadır! Xəstəxana müalicə etməkdən imtina edir, çünki Poladın anasının pulu yoxdur. Ağdaş Təhsil İdarəsinin vecinə deyil ki, bir azyaşlı təhsildən yayınıb! Ana dediyim adam da uşaq böyütmək əvəzinə 11 yaşlı Poladı və daha 1 yaşlı Adəmi bir şərəfsiz atanın "sevgisinə" qurban verib...”

Nə düşünürsən?