Yardımlı sakinlərindən heroin aşkarlandı

  • 02.11.2019
  • 0

Abşeronda narkotik maddə satan dayoğlu, bibioğlu və onlarla əlbir olan sürücü saxlanıb. Nərimanov rayonunda da polis narkotik və psixotrop maddələri satan şəxsi saxlayıb. Şəki polisi isə şəhər sakininin evindən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb.

Dayıoğlu, bibioğlu və onlara əlbir olan sürücü narkotik maddə olan heroini satmaq istəyərkən saxlanıblar. Abşeron polisinin rayon ərazisində keçirdiyi əməliyyatla hər 3 şəxs cinayət başında yaxalanıb. Baxış zamanı onların üzərindən 100 qramdan artıq herion aşkarlanıb.

Polisin keçirdiyi digər əməliyyatla paytaxtın Nərimanov rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Əbülfət Abuşov adlı şəxs saxlanıb. Onun üzərindən 2 qramdan çox, yaşadığı evdən isə 520 qramdan çox heroin, metamfetamin, 56 qramdan çox tiryək, eyni zamanda metodon psixotrop maddəsi aşkarlanıb.

Şəki şəhərində keçirilən əməliyyatla isə şəhər sakini 50 yaşlı Telman Əhmədovun evindən satış məqsədilə saxladığı 4 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Nə düşünürsən?