Xəzərdə ard-arda 2 zəlzələ oldu

  • 09.10.2019
  • 0

Xəzər dənizində ard-arda zəlzələlər olub.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, ilk yeraltı təkanlar saat 7:06 dəqiqədə qeydə alınıb.


Zəlzələnin maqnitudası 4,4, dərinliyi 20 km olub.


İkinci analoji hadisə təxminən 2 saat 30 dəqiqə sonra - 9:33-də baş verib. Bu zəlzələ 3,5 maqnitudada, 10 km dərinlikdə qeydə alınıb.

Nə düşünürsən?