Bakı polisi: Qanunsuz aksiyaların qarşısı alınacaq

  • 03.10.2019
  • 0

Paytaxtda razılaşdırılmamış aksiyaların qarşısı alınacaq.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA TV-yə verilən məlumata görə, sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib.

Ölkəmizdə ictimai-siyasi proseslərin qanunla tənzimləndiyi vurğulanıb, bu səbəbdən paytaxtda meriya ilə razılaşdırılmayan hər hansı aksiyaya, yaxud buna cəhdlərə imkan verilməyəcəyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya planlaşdırıb, şəhərin mərkəzi hissələrində aksiya keçirmək üçün yer tələb edir. 

Nə düşünürsən?