Загрузка...

Oftalmoloqdan mühüm xəbərdarlıq: Bunları etsəniz, kor ola bilərsiniz

03.10.2019 | 2 | 0

Texnologiyanın inkişafı, insanların ofis mühitində çalışması göz xəstəliklərinin artmasına gətirib çıxarır. Belə ki, qapalı mühitdə çalışmaq gözlərin oksigen təchizatını azaldır.

Bu sözləri “Publikanın həkimi” layihəsində Oftalmoloq Türkan Əfəndiyeva deyib. Həkim göz təzyiqinin fəsadlarından da danışıb: “Səhər göz ətrafında ağrı varsa, televizor izlədikdə göz ətrafında ağrı olursa, arabir görmədə bulanıqlıq yaranırsa, bu, təzyiqin ilk əlaməti ola bilər. Göz təzyiqinin yüksəlməsi isə korluqla nəticələnə bilər. Ona görə də xüsusilə, 40 yaşdan yuxarı insanlar heç olmasa ildə bir dəfə gözünü yoxlatmalıdır”.

Oftalmoloq bildirib ki, həkimdən xəbərsiz verilən təsadüfi dərmanların istifadəsi yolverilməzdir. Bu, gözlərin tutulmasına səbəb ola bilər.

Nə düşünürsən?