Prokurorluq işçiləri günü

  • 01.10.2019
  • 0

Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.


Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə oktyabrın 1-də Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoymublar.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər güllər düzülmüb.

Nə düşünürsən?