Загрузка...

Maşın sürənlərə bəd xəbər

28.09.2019 | 505 | 0

Bir müddət sonra soyuq, yağışlı havalar ölkəmizə qədəm qoyacaq. Belə olan halda yeni və keyfiyyətli avtomobil təkərlərinə ehtiyac yaranır. Satıcıların sözlərinə görə, son dövrlər təkərlərin qiymətində bahalaşma müşahidə edilir. Satıcılar isə bu iddialarla razılaşmırlar.


Bir çox sürücü son bir ay ərzində avtomobil təkərlərinin bahalaşdığını iddia edir. Onların sözlərinə görə, qiymətlər 20 faiz ətrafında qalxıb.


Satıcılar isə bu iddiaları qəbul etmirlər. Onlar deyirlər ki, qiymətdə heç bir dəyişiklik yoxdur. Hətta idxal zamanı mal əvvəlki aylarla müqayisədə baha başa gəlsə də, müştəri itirməmək üçün qiyməti stabil saxlayıblar.


Satıcıların sözlərinə görə, təkərlərin qiyməti istehsal olunduğu ölkədən və ölçüdən asılı olaraq dəyişir.

Nə düşünürsən?