“O ərazini zəbt edənlər məsuliyyətə cəlb olunmalıdır”

  • 23.09.2019
  • 0

Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi: 225 a ünvanında yaşayan sakinlər binalarının həyətində yol salınmasından narazıdırlar. Bununla bağlı sakinlər “Qafqazinfo”ya müraciət ediblər.  


“Nəsimi 12 MMC”nin sədri Nurxan İsayev bildirib ki, binanın həyətindən Fikrət Əmirov küçəsinin başlanğıcı kimi yol açmaq planlanır: “Bu bina 2013-cü ildə dövlət aktıyla təhvil verilib. Binada 128 mənzil sahibi, 15 mülkiyyətçi var. Buranı sakinlər əvvəldən belə gördüyü üçün mənzil alıblar. İndi isə yol açmaq istəyirlər. Gələn adamlara başa saldım ki, bu yol açılarsa intensiv olaraq gediş-gəlişli olacaq. Çünki Dilarə ƏIiyeya küçəsi həmişə tıxaclı olur. Bizim binanın həyətinə başqa giriş-çıxışımız yoxdur. Onlara dedim ki, sakinlərə alternativ yol təklif etsinlər. Bura Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zülfüqar Hüseynzadə, Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini, qurumun yol departamentinin şöbə müdiri və başqaları gəlmişdilər. Əllərində hər cür avadanlıqla buranı sökmək istəyirdilər. Hələlik qoymamışıq. Ancaq bu məsələ kökündən həll olunmalıdır”.

Nə düşünürsən?