Bakıda məktəblilər Beynəlxalq Sülh Gününü qeyd ediblər

  • 20.09.2019
  • 0

Bakı şəhəri, Nəsimi rayonu Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə Beynəlxalq Sülh Günü qeyd olunub.

Cebhe.info xəbər verir ki, məktəbin 2Ç sinif rəhbəri Kəramət Quliyevanın təşəbbüsü ilə şagirdlər sülhü tərənnüm edən rəsmlər çəkiblər. Daha sonra balacaların bu barədə fikirləri dinlənilib.   

Kəramət Quliyeva Beynəlxalq Sülh Gününün tarixi haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, bu gün ən sülhsevər xalqlardan biri və dünyanın ən tolerant ölkəsi olan Azərbaycan 20 ildən artıqdır ki, müharibədən əziyyət çəkir.

Sonra şagirdlər məktəbin həyətində sülhün simvolu olan bir neçə göyərçin uçurublar.

Nə düşünürsən?